...

"DEMOKRATİK AZƏRBAYCAN" VƏ "YENİ SİYASƏT" BLOKLARININ ƏMƏKDAŞLIQLA BAĞLI GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Siyasət Materials 8 Sentyabr 2005 16:52 (UTC +04:00)

Parlament seçkiləri ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gələn həftə "Yeni Siyasət" və "Demokratik Azərbaycan" seçki blokları arasında görüş keçiriləcək. Bu barədə Trend ə "Demokratik Azərbaycan" blokunun həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı məlumat verib.

O bilidrib ki, bloklar arasında əməkdaşlığa adir imzalanmış sazişin şərtlərinin həyata keçirilməsi, seçkilərlə bağlı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Sazişə görə, "Yeni Siyasət" və "Demokratik Azərbaycan" blokları parlament seçkisində bir-birinin əleyhinə kampaniya aparmamalı, qarşılıqlı dəstək verməli, qarşıya çıxacaq problemləri birgə həll etməli, azad, şəffaf və demokratik seçki keçirilməsi üçün birgə mübarizə aparmalıdırlar: "Görüşdə bu şərtlərin həyata keçirilməsi üçün görülən işlərin səviyyəsi qiymətləndiriləcək. Həmçinin, seçki ərəfəsində atılacaq digər addımlar, fəaliyyətin əlaqələndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq"-deyə Sabir Rüstəmxanlı bildirib.

Görüşdə "Demokratik Azərbaycan" blokunun dörd həmsədri, "Yeni Siyasət" blokunun Əlaqələndirmə Şurasının üzvləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti