...

İQOR KİZİMA: UKRAYNA HÖKUMƏTİNİN İSTEFAYA BURAXILMASI AZƏRBAYCANLA İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRƏ QƏTİYYƏN TƏSİR ETMƏYƏCƏK

Siyasət Materials 9 Sentyabr 2005 17:30 (UTC +04:00)

"Mən hesab etmirəm ki, Ukrayna hökumətinin istefaya buraxılması Azərbaycanla ikitərəfli münasibətlərə təsir edə bilsin". Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizima prezident V.Yuşenko tərəfindən baş nazir Y.Timoşenkonun başçılığı ilə hökumətin istefaya göndərilməsini şərh edərkən bəyan edib

"Ukraynanın siyasətini prezident müəyyən edir və o dəyişməz qalır.Ukrayna ilə Azərbaycan arasında artıq çoxdan dostluq münasibətləri qurulub və bunlar kadr dəyişikliklərindən asılı deyil"-deyə İ.Kizima bəyan edib.

Diplomatın sözlərinə görə, Ukrayna prezidenti artıq Yuri Yexanurovu baş nazirin vəzifələrinin icraçısı təyin edib, o isə hökumətin üzvlərinə xahişlə müraciət edib ki, öz vəzifələrinin icrasını davam etdirsinlər. "Nazirlər öz vəzifələrində qalır.Yaxın vaxtlarda Ukraynanın Ali Radasına Ukrayna baş nazirinin namizədliyi təklif ediləcək" - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti