...

VLADİMİR RUŞAYLO AZƏRBAYCANDA KEÇİRİLƏCƏK PARLAMENT SEÇKİLƏRİNDƏ MDB-NİN MÜŞAHİDƏÇİLƏR MİSSİYASINA RƏHBƏRLİK EDƏCƏK

Siyasət Materials 14 Sentyabr 2005 11:42 (UTC +04:00)

(İTAR-TASS) - MDB-nin icraçı direktoru Vladimir Ruşaylo Azərbaycanda noyabrda keçiriləcək parlament seçkilərində MDB-nin müşahidəçilər missiyasına rəhbərlik edəcək. Bu qərar MDB dövlətlərinin Birlik orqanları yanında daimi səlahiyyətli nümayəndələri Şurasının Minskdə keçirilmiş iclasında qəbul olunub.

MDB icraiyyə komitəsinin sədr müavini Asan Kojakovun məlumatına görə, missiyanın qərargahı Azərbaycanda öz işinə oktyabrın 3-4-də başlayacaq. "Vladimir Ruşaylonun Bakıya sentyabrın 23-də gələcəyi planlaşdırılır və o, burada MDB müşahidəçilər missiyasının qərargahının açılması barədə elan edəcək", - deyə sədr müavini qeyd edib.

A.Kojakovun sözlərinə görə, "real monitorinq keçiriləcək - missiya nümayəndələri bütün seçki məntəqələrində işləyəcək, təşviqat prosesinə nəzarət edəcək, seçki qanunvericiliyinin təhlilini aparacaq, səsvermədən sonra isə seçkilərin nəticələri ilə bağlı rəsmi münasibətlərini bildirəcəklər". MDB-nin iki dövləti Ukrayna və Ermənistan isə Azərbaycana müşahidəçi göndərməyəcək.

Xəbər lenti

Xəbər lenti