...

HAKİMLİYƏ NAMİZƏDLƏRİN TEST İMTAHANI SENTYABRIN 18-DƏ BAŞLAYACAQ

Siyasət Materials 14 Sentyabr 2005 19:53 (UTC +04:00)

"Hakimliyə namizədlərə test imtahanı sentyabrın 18-də, tam şəffaf şəraitdə, bütün namizədlər üçün vahid auditoriyada - "Gülüstan" sarayında keçiriləcək". Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsindən məlumat daxil olub.

İmtahan sualları imtahan keçirilən gün həmin zalda namizədlərin iştirakı ilə seçiləcək. Hakimliyə namizədlər "İmtahan buraxılış vəsiqəsi"ni almağa dəvət olunurlar. Buraxılış vəsiqəsi Hakimlərin Seçki Komitəsindən, Bakı şəhər İnşaatçılar prospekti 1 ünvanında şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır.

"İmtahan buraxılış vəsiqəsi"nin alınmasının son müddəti 17 sentyabr, şənbə günü saat 20.00-dır.

İmtahan saat 10.00-da başlayacaq. Bununla əlaqədar buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün onlar imtahan verilən binanın qarşısına əvvəlcədən - "İmtahan buraxılış vəsiqəsi"ndə göstərilən vaxtda gəlməlidirlər.

Hakimliyə namizədlər imtahana gələrkən "İmtahana buraxılış vəsiqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.

Xəbər lenti

Xəbər lenti