("Qafqaz-Press") "ALİA" qəzetinin məlumatına görə, Azərbaycan tərəfinin tələbi ilə David -Qarecidəki Çiçhituri qalasında bərpa işləri dayandırılıb. Qeyd etmək lazımdır ki, bu qala Gürcüstanla Azərbaycanın sərhəd xəttində yerləşir. Buna görə də, azərbaycanlı sərhədçilər bu ərazinin Azərbaycana aid olduğunu əsas götürərək dərhal bütün işlərin dayandjırılmasını tələb ediblər.
Dünən vəziyyəti aydınlaşdırmaq üçün David-Qareciyə Xarici İşlər Nazirliyinin və sərhəd departamentinin nümayəndələri yola düşüblər. Onların bəyanatına görə, dövlət sərhəddində münaqişəyə yol verilməməsi üçün bütün detallara aydınlıq gətirilməlidir.