...

VBP HEÇ BİR PARTİYA VƏ BLOKLARLA ƏMƏKDAŞLIQ ETMƏYƏCƏK

Siyasət Materials 21 Sentyabr 2005 20:13 (UTC +04:00)

Vətəndaş Birliyi Partiyasının (VBP) 14 nəfər namizədindən yalnız 6-sı seçkidə iştirak edir. Bu barədə Trend ə VBP-nin sədri Sabir Hacıyev məlumat verib.

O, bildirib ki, partiya parlament seçkisində 14 nəfərin namizədliyini irəli sürmüşdü. Lakin onlardan yalnız 6 nəfərinin namizədliyi qeydə alınıb. Partiyanın namizədlərinin bir qismi siyasi mənsubiyyətinə görə VBP üzvü kimi qeydə alınıb, lakin qalanlarının isə siyasi mənsubiyyətinin məlum olmadığı göstərilib. Buna aydınlıq gətirən Sabir Hacıyev bildirib ki, namizədlərin irəli sürülməsi mərhələsində VBP-nin dövlət qeydiyyatı yox idi. Partiya Ədliyyə Nazirliyində yalnız avqustun 12-də qeydiyyata alınıb. Həmin günə qədər seçkiyə qatılan partiya üzvləri bitərəf kimi qeydə alınıblar, 12-dən sonra isə bəzilərinin siyasi mənsubiyyəti göstərilib.

S.Hacıyev deyib ki, VBP bu seçkidə heç bir seçki blokuna qoşulmamağa, heç bir siyasi partiya və seçki bloklarına dəstək verməməyi qərara alıb. Ona görə də Vətəndaş Birliyi Partiyası seçkidə yalnız öz namizədləri ilə iştirak edir və sonadək də heç bir siyasi qurumlarla rəsmi əməkdaşlıq qurmayacaq.

Xəbər lenti

Xəbər lenti