Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının müdafiə naziri Vəcdi Könülün dəvəti ilə həmin ölkəyə yola düşüb. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin rəhbəri Ramiz Məlikovun sözlərinə görə, nazir Ankara şəhərində keçiriləcək "İDEF-2005" beynəlxalq hərbi sərgidə iştirak edəcək. Səfər sentyabrın 28-də başa çatacaq.