...

NAXÇIVANDA HEYDƏR ƏLİYEV ADINA SU ANBARI İSTİSMARA VERİLƏCK

Siyasət Materials 27 Sentyabr 2005 18:38 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında (NMR) Heydər Əliyev adına su anbarı istismara veriləcək. NMR-nın Bakıdakı daimi nümayəndəliyindən Trend ə erilən məlumata görə, tədbirin bu il oktyabrın 10-da keçirilməsi planlaşdırılıb. Su anbarının tikintisi üzrə artıq bütün işlər başa çatdırılıb və tədbirlə bağlı son işlər həyata keçirilir, avadanlıqlar quraşdırılır.

Nümayəndəlikdən həmçinin bildiriblər ki, su anbarının layihə gücü 100 milyon kubmetr təşkil edir. Burada hazırda uzunluğu 550 metr, hündürlüyü 70,5 km olan torpaq bəndlər tikilir.

"Tikinti işləri zamanı cari ilin aprel ayında Naxçıvan MR-nın Ali Sovetinin sədri Vasif Talıbov tikinti obyektinə gəlib və işlərin oktyabrda başa çatdırılması barədə göstəriş verib", - deyə nümayəndəlikdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti