...

AZƏRBAYCAN RESPUBLİKASININ 2006-CI İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA QANUN LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM EDİB

Siyasət Materials 12 Oktyabr 2005 14:31 (UTC +04:00)

"Milli Məclisin oktybarın 12-də keçirilən növbəti iclasında Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin deputatlar tərəfindən müzakirəsi davam etdirilib" Trend xəbər verir ki, ilk söz alan millət vəkili Vaqif Abdullayev adıçəkilən qanun layihəsinin əhəmiyyətindən danışıb.

Daha sonra iqtidar düşərgəsini təmsil edən millət vəkilləri - Məlahət Həsənova, Əli Əlirzayev, Eldar İbrahimov, Hidayət Qulamov, Fəttah Heydərov və digərləri Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin təkmilləşmiş formada hazırlanmasını qeyd edərək həmkarlarını bu sənədə səs verməyə çağırıblar.

Müxalifətdən olan millət vəkillərindən Sabir Rüstəmxanlı, Cəmil Həsənli isə qanun layihəsini qismən bəyəndiklərini bildirsələr də bəzi boşluqlardan - əhalinin maaşlarının və pensiyalarının artırılması, bölgələrin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan xərclərin az olmasından bəhs ediblər.

Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi davam edir.

Xəbər lenti

Xəbər lenti