...

Moskva vilayəti nümayəndə heyətinin Bakıya səfəri ləngiyir

Siyasət Materials 17 Oktyabr 2005 17:50 (UTC +04:00)

RF Moskva vilayəti administrasiyasının nümayəndə heyətinin oktyabrın ikinci yarısına Bakıya planlaşdırılmış səfəri ləngidilir.Bu barədə Trend ə AR Nazirlər Kabinetində bildirilib.

Hökumətdə bildirilib ki, tərəflər hələlik qarşıdakı səfərə hazırlığı bitirməyib.Hazırda ekspertlər ticari-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın inkişafı üçün perspektiv sahələri öyrənir.Nümayəndə heyətinin səfəri çərçivəsində Bakıda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə Azərbaycan və Moskva vilayəti işgüzar dairələri nümayəndələrinin biznes-forumunun keçirilməsi planlaşdırılır. Sənaye, aqrar, nəqliyyat və digər sahələri təmsil edən iş adamlarının səfəri gözlənilir.

Moskva vilayəti nümayəndə heyətinə Boris Qromovun başçılıq edəcəyi planlaşdırılır. Səfər zamanı həmçinin onun ölkə rəhbərliyi ilə görüşü keçiriləcək.

Xatırladaq ki, bundan öncə, səfər iyunun birinci ongünlüyünə planlaşdırılmışdı, amma Moskva vilayəti rəhbərliyinin gərgin iş qrafiki səbəbindən səfər daha gec bir vaxta keçirildi.

Xəbər lenti

Xəbər lenti