...

Heydər Babayev: İqtisadi İnkişaf Nazirliyində struktur və kadr dəyişiklikləri olacaq

Siyasət Materials 21 Oktyabr 2005 12:34 (UTC +04:00)
Heydər Babayev: İqtisadi İnkişaf Nazirliyində struktur və kadr dəyişiklikləri olacaq

"İqtisadi İnkişaf Nazirliyində struktur və kadr dəyişiklikləri olacaq". Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.

Nazir qeyd edib ki, sabiq nazirdən problem qalmayıb. Nazirliyin ümumi problemi mövcüddur ki, bu da tədricən aradan qaldırılacaq. Hökumət tərəfindən iqtisadi İnkişaf Nazirliyində yoxlamalar aparılmadığını bildirən H.Babayev, nazirliyin ayrı-ayrı işçiləri haqda bəzi tədbirlər görüldüyünü qeyd edib.

Nazir onu da bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi İnkişaf Nazirliyi barədə məlum bəyanatı onu göstərir ki, son aylarda adıçəkilən nazirliyin korrupsiyaya məruz qalmamış bir qurum kimi göstərilməsi bu gün həqiqətə uyğun deyil. H.Babayev nazirlikdə konkret yenilik edəcəyi barədə bildirib. "O yeniliyi etmək istəyirəm ki, həqiqətən iqtisadi İnkişaf Nazirliyi Azərbaycanın iqtisadi inkişafına xidmət göstərsin".

Xəbər lenti

Xəbər lenti