...

Azərbaycan prezidenti ilə ABŞ-ın vitse-prezidenti arasında telefon bağlantısı olub

Siyasət Materials 27 Oktyabr 2005 11:56 (UTC +04:00)

Oktyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Dik Çeyni arasında telefon bağlantısı olub. Trend in xəbər verdiyi kimi, bu barədə prezidentin mətbuat xidmətinin məlumatında bildirilib. Danışıq Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişaf səviyyəsindən razılıqlarını ifadə edib. Hər iki ölkə arasında əlaqəlirin strateji xarakter daşıdığı qeyd olunub.

D.Çeyni ölkədə parlament seçkilərinin ədalətli və şəffaf keçəcəyinə əmin olduğunu vurğulayıb.

İ.Əliyev bildirib ki, Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyası və ölkədə demokratik təsisatların inkişafı üçün səylər davam etdirəcək. O vurğulayıb ki, respublikada seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb və demokratik səsvermənin keçirilməsi bu məqsədlərə xidmət edir.

Tərəflər Azərbaycanla ABŞ arasında əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti