...

Norveç səfirliyi Bakı şəhəri ərazisində səsvermənin gedişini diqqətlə izləyir

Siyasət Materials 6 Noyabr 2005 14:20 (UTC +04:00)

Norveçin Azərbaycandakı səfirliyi Bakı şəhəri ərazisində səsvermənin gedişini diqqətlə izləyir. Bu barədə Trend ə eksklüziv olaraq Norveçin Azərbaycandakı səfiri Steynar Gil məlumat verib.

"Biz ATƏT missiyasının tərkibində müşahidə aparırıq. Günün birinci yarısında isə Yasamal, Nəsimi və Səbail rayonlarındakı bir çox seçki məntəqələrində olmuşuq və səsvermə prosesi zamanı müşahidə etdiyimiz seçki qanununun pozulması faktlarını qeydə almışıq", deyə səfir qeyd edib. S.Gilin sözlərinə görə, ətraflı hesabat noyabrın 7-də saat 16:00-da ATƏT missiyasının mətbuat konfransında təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti