...

YAP seçkinin baş tutduğunu və demokratik keçirildiyini bəyan edib

Siyasət Materials 6 Noyabr 2005 19:37 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinin yekunları ilə bağlı saat 19.00-da mətbuat konfransı keçirilib. Trend xəbər verir ki, YAP-ın sədr müavini və partiyanın icraçı katibi Əli Əhmədov parlament seçkisinin baş tutduğunu deyib. onun sözlərinə görə, bu seçki demokratik, şəffaf və bütün namizədlər üçün bərabər yarış şəraitində keçib. Ə.Əhmədov qeyd edib ki, seçkinin nəticələrinə təsir göstərə biləcək ciddi qanun pozuntuları olmayıb. Yalnız bəzi xırda qanun pozuntuları müşahidə edilib.

YAP funksioneri seçkilərdə kütləvi saxtakarlıq hallarına yol verilməsi və buna görə də seçkinin nəticələrini tanımayacaqları barədə müxalifətçilərin verdiyi bəyanatlara da münasibət bildirib. Əli Əhmədov deyib ki, belə fikirlər səsləndirməklə müxalifətçilər bu seçkidə uduzduqlarını etiraf etmiş oldular.

Xəbər lenti

Xəbər lenti