...

Əsədulla Qurbanov YAP sıralarından xaric edilib

Siyasət Materials 24 Noyabr 2005 14:35 (UTC +04:00)

"91"lər dən olan BDU-nun professoru Əsədulla Qurbanov Yeni Azərbaycan Partiyası (YAP) sıralarından xaric edilib". Bu barədə Trend ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

H.Paşayev qeyd edib ki, Ə.Qurbanovun partiya sıralarından xaric edilməsi YAP-ın Yasamal rayon təşkilatının qərarı ilə həyata keçirilib: "Həmin şəxs, partiya nizamnamə və məramnaməsinə zidd addımlar atdığına, mövcud qaydalara riayət etmədiyinə və radikal mövqe tutduğuna görə partiya sıralarından xaric edilib".

Qeyd edək ki, "91"-lər Azərbaycanın eks-prezidenti mərhum Heydər Əliyevin 1993-cü ildə Bakıya dəvət olunması ilə bağlı qəbul edilən sənədə imza atan 91 şəxsin adı ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti