...

Müxalifətin noyabrın 26-da keçirdiyi mitinqində insan itkisi olmayıb

Siyasət Materials 29 Noyabr 2005 12:47 (UTC +04:00)

"Müxalifətin noyabrın 26-da "Qələbə" meydanında keçirdiyi mitinqdə baş vermiş məlum qarşıdurma nəticəsində insan itkisi olmayıb". Bu barədə Trend ə Azad və Ədalətli Seçkilər Uğrunda (AƏSU) Məşvərət Şurasının üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

Qeyd edək ki, adıçəkilən Məşvərət Şurası 26 noyabr mitinqində polis zorakılığı nəticəsində iki nəfərin ölməsi ilə bağlı bəyanat yayıb.

N.Cəfəroğlu isə bildirib ki, mitinqdə baş verən hadisələr nəticəsində xəstəxanalara yerləşdirilən insanların monitorinqini aparırlar: "Bizdə olan məlumata görə, mitinqdə insan itkisi olmayıb. Düzdür, üzvü olduğum Məşvərət Şurası belə bir bəyanat verib. Ancaq mən həmin bəyanatı imzalamamışam".

Hüquq müdafiəçisi onu da bildirib ki, iki nəfərin ölməsi ilə bağlı onlara digər mənbələrdən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti