...

MSK üzvü: "Konstitusiya Məhkəməsinin qərarının Avropa Məhkəməsi vasitəsilə dəyişdirilməsi ehtimalı sıfıra bərabərdir"

Siyasət Materials 1 Dekabr 2005 20:20 (UTC +04:00)

"Avropa Məhkəməsi vasitəsilə parlament seçkilərinin nəticələrinin dəyişdirilməsinə, ləğvinə nail olmaq ehtimalı sıfıra bərabərdir". Bu fikirləri Trend ə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ənvər Əliyev bildirib.

Qeyd edək ki, dekabrın 1-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 6 noyabr parlament seçkilərinin 115 dairə üzrə nəticələrinin təsdiqlənməsinə, 10 dairə üzrə nəticələrin tanınmamasına dair qərar çıxarıb. Seçkidə iştirak etmiş bir çox namizədlər, xüsusən də müxalifəti təmsil edən şəxslərin ayrı-ayrı seçki dairələri üzrə nəticələrin ləğv olunmasına dair şikayətləri Apellyasiya, Ali və Konstituisya məhkəmələri tərəfindən təmin edilməyib. Buna görə də narazı namizədlər Avropa Məhkəməsinə müraciət etmək fikrindədirlər.

MSK üzvü Ənvər Əliyev bildirib ki, həm ayrı-ayrı dairələr üzrə seçkinin nəticələrindən, həm də Konstitusiya Məhkəməsinin 1 dekabrda çıxardığı qərarından Avropa Məhkəməsinə şikayət vermək nəticə etibarı ilə heç nəyi dəyişməyəcək. "Çünki Konstitusiya Məhkəməsinin bu gün çıxardığı qərar sonunucu və həlledici qərardır"-deyə Ə.Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti