...

"Yeni Siyasət" bloku təkrar seçkilərə qədər fəaliyyətini davam etdirəcək

Siyasət Materials 7 Dekabr 2005 16:34 (UTC +04:00)

"Yeni Siyasət" bloku 10 seçki dairəsi üzrə keçiriləcək təkrar parlament seçkilərində iştirak edib-etməmək məsələsini dekabr ayı ərzində müzakirəyə çıxarıb qərar verəcək. Bu barədə Trend ə "Yeni Siyasət" blokunun Koordinasiya Şurasının üzvü, millət vəkili Əli Məsimli məlumat verib.

O, bildirib ki, təkrar seçki məsələsi blokun Koordinasiya Şurasında hələki müzakirə olunmayıb. Əli Məsimlinin sözlərinə görə, blokun nümayəndələrinin təkrar seçiyə qatılıb-qatılmaması Koordinasiya Şurasında konsensus əsasında çıxarılacaq qərardan asılı olacaq.

Seçki ilə əlaqədar yaradılmış "Yeni Siyasət" blokunun buraxılmasına gəldikdə, Ə.Məsimli deyib ki, əgər Koordinasiya Şurası təkrar seçkidə iştiraka dair qərar çıxarsa, onda blok təkrar seçkilərə qədər fəaliyyətini davam etdirəcək. 10 dairə üzrə keçiriləcək təkrar seçkilərdlən sonra isə "Yeni Siyasət" bloku buraxılacaq.

Xəbər lenti

Xəbər lenti