...

ALDP sədri Fuad Əliyev Vladimir Jirinovski ilə görüşəcək

Siyasət Materials 7 Dekabr 2005 18:08 (UTC +04:00)

"Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ilə görüşəcək". Bu barədə Trend ə ALDP sədri bildirib.

F.Əliyev qeyd edib ki, V.Jirinovski tərəfindən ona dəvət Azərbaycanda keçirilşən parlament seçkiləri öncəsi olmuşdu: "Lakin seçkilərə hazırlıq bu səfərimi təxirə saldı. Planımda var ki, dekabrın sonlarında Moskvaya səfər edim".

ALDP sədri Jirinovski ilə Dumada görüşəcəyi ilə yanaşı RLDP-dən olan millət vəkilləri ilə də danışıqlar aparacağını vurğulayıb: "Müzakirə edəcəyimiz məsələlər Azərbaycanda seçkidən sonrakı vəziyyət və partiyalar arası əməkdaşlaqla bağlı olacaq".

Xəbər lenti

Xəbər lenti