...

"Bizim Azərbaycan" bloku əlavə seçkilərdə iştirak edəcək

Siyasət Materials 9 Dekabr 2005 16:19 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku əlavə seçkilərdə iştirak edəcəkləri ilə bağlı qərar qəbul edib". Bu barədə Trend ə adıçəkilən blokun səlahiyyətlisi Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan bildirib.

V.Bəyturan bildirib ki, onlar seçkiləri baykot edən digər müxalifət partiyaların mövqeləri ilə razılaşmırlar: "Esçkiləri baykot edən partiyalar özlərinin seçkilərdə uğur qaza biləcəklərini şübhə altına almış olurlar".

Qeyd edək ki, "Bizim Azərbaycan" blokuna daxil olan TMP sədri namizədliyini 31 saylı Suraxanı üçüncü seçki dairəsindən, Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov 119 saylı Ağdam kənd seçki dairəsindən, İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı 44 saylı Abşeron seçki dairəsindən, Xalq Azadlıq partiyasının sədri Valeh Mirzəyev 9 saylı Binəqədi seçki dairəsindən namizədliklərini irəli sürmək barədə qərar qəbul ediblər.

V.Bəyturan onu da bildirib ki, bloka daxil olan digər partiya rəhbərlərinin seçkilərdə iştirak etmələri ilə bağlı qərarları yaxın günlərdə açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti