...

Mehriban Əliyeva: Heydər Əliyev Fondu beynəlxalq arenaya çıxır

Siyasət Materials 9 Dekabr 2005 18:16 (UTC +04:00)
Mehriban Əliyeva:  Heydər Əliyev Fondu beynəlxalq arenaya çıxır

Heydər Əliyev Fondu beynəlxalq arenaya çıxır. Trend in məlumatına görə, bu barədə dekabrın 9-da Fondun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı (BMTİP) arasında "Kor və görmə qabiliyyəti zəif olan şəxslərin informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəsinin təmin edilməsi barədə" layihə sənədin imzalanması ilə bağlı mərasimdə bəyan edib.

Onun sözlərinə kimi, Fond indiyə kimi uşaqların sosial problemlərinin və xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial problemlərinin həllinə yönəlmiş bir sıra, məsələn , "Talasemiyyasız həyat", "Diabetdən əziyyət çəkən uşaqlara qayğı, "Uşaq evlərinin və internat məktəblərinin inkişafı" və s. kimi proqramları həyata keçirir və keçirməkdə davam edir.

Fondun prezidenti Fondun BMTİP-ilə əməkdaşlığının başlanğıcı olan bu layihənin uğurlu olacağına və bu kateqoriyadan olan şəxslərin problemlərinin həllinə yardım göstərəcəyinə əmin olduğunu bildirib. M.Əliyeva bildirib ki, ölkədə 320 min əlil yaşayır ki, onlardan 40 minə yaxınını korlar və görmə qabiliyyəti zəif olanlar təşkil edir və layihənin reallaşdırılmasının onların real həyata uyğunlaşmasına kömək edəcəyinə ümid etdiyini qeyd edib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi və sənədi bekynəlxalq struktur tərəfindən imzalayan Marko Borsotti Azərbaycanın BMT-nin "Minilliyin Bəyannaməsi"ni reallaşdırmağa göstərdiyi müsbəti səyləri qeyd edib. M.Barsotti Azərbaycanın bu məsələdə digər ölkələr üçün yaxşı nümunə olacağına əminliyini ifadə edib. O əmin olduğunu bildirib ki, BMTİP -nun Heydər Əliyev Fondu ilə əməkdaşlığı uğurlu olacaq və gələcəkdə də davam edəcək.

Xatırladaq ki, layihə Azərbaycan hökumətinin Minilliyin Bəyannaməsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əsasən hazırlanıb. Layihənin reallaşdırılması 3 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə bu kateqoriyalardan olan şəxslərin İKT ehtiyacları müəyyən ediləcək. Həmçinin, bu kateqoriyadan olan şəxslər üçün rəqəm müxtəlifliyinin ləğv edilməsi üzrə Milli strategiyasına hazırlıq aparılacaq. Bu məqsədlə sorğuların aparılması, təcrübə mübadiləsi və zəruri avadanlığın əldə edilməsi planlaşdırılır.

İkinci mərhələdə internat məktəblərdə İKT model siniflərinin yaradılması nəzərdə tutulur. Üçüncü mərhələdə isə təhsil mərkəzinin və kitabxanaların yaradılması planlaşdırılıb. Ümumi büdcəsi 418 min dollar olan layihənin 8 ay ərzində reallaşdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti