...

İlham Əliyev Gürcüstan patriarxı II İlianı qəbul edib

Siyasət Materials 20 Dekabr 2005 20:18 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 20-də Gürcüstan patriarxı II İlianı qəbul edib.

Trend bildirir ki, dövlət başçısı Qafqaz müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin şeyxulislam vəzifəsində fəaliyyətinin 25 illiyi münasibətilə keçirilən mərasimdə Gürcüstan patriarxının iştirakı ilə bağlı məmnunluğunu bildirib və qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlərin və dostluğun daimi inkişafı müşahidə olunur.

İlham Əliyev QMİ ilə Gürcüstan Patriarxlığı arasında yaranmış gözəl əlaqələrin ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Patriarx II İlia Azərbaycana səfərindən məmnunluğunu bildirib və Gürcüstan prezidenti Mixayıl Saakaşvilinin ən səmimi arzularını, dərin ehtiramını prezident İlham Əliyevə çatdırıb.

Xəbər lenti

Xəbər lenti