...

Valeh Ələsgərov: Azərbaycanla Rusiya arasında münasibətlər düzgün istiqamətdə inkişaf edir

Siyasət Materials 20 Yanvar 2006 13:44 (UTC +04:00)

Azərbaycanla Rusiya arasında münasibətlər düzgün istiqamətdə inkişaf edir və getdikcə daha da intensivləşir. Lakin onların ideal səviyyəyə çatmasından danışmaq hələ tezdir. Trend in məlumatına görə, bu barədə Azərbaycan parlamentinin vitse-spikeri Valeh Ələsgərov yanvarın 20-də "Rossiyskaya Qazeta"da dərc olunan müsahibəsində bildirib.

Onun sözlərinə görə, tərəflərin ölkələr arasında əlaqələrin daha da sıx olması üçün daha böyük səy göstərməsi zəruridir. Vitse-spikerin sözlərinə görə, 2000-ci ildəq Rusiya ilə Azərbaycan arasında mal dövriyyəsinin daimi olaraq artmasına baxmayaraq, o, tərəflərin potensial imkanlarından uzaqdır.

Bununla yanaşı, V. Ələsgərov qeyd edib ki, Xəzər regionunda istənilən boru kəməri layihəsi üçün kitfayət qədər neft və qaz mövcuddur. "Mən düşünürəm ki, çox tezliklə elə bir an gələcək ki, o zaman regionda güc və buraxılış imkanlarına malik əlavə marşrutlar tələb olunacaq", -deyə vitse-spiker qeyd edib və bildirib ki, "karbohidrogenlərin istehsalı üçün çox milyardlı sərmayələr qoyan istənilən investoru iki əsas şey - risqlərin azalması və gəlirlərin çoxalması maraqlandırır. Daha doğrusu, əsas yeri siyasi ambisiyalar deyil, kommersiya maraqları tutur".

Xəzər dənizinin hüquqi statusu ilə bağlı tərəflər üçün əlverişli olan qərara toxunan vitse -spiker qeyd edib ki, "əgər Xəzəryanı dövlətlərin hamısı beynəlxalq -hüquq normalarını və mövcud beynəlxalq təcrübəni rəhbər tutsalar, Xəzərin hüquqi statusu ən qısa zamanda həll olunar". "Azərbaycan, Rusiya və Qazaxıstanın bu məsələ ilə ilə bağlı bir araya gələ bilmələri danışıqların keçirilməsinə yaxşı nümunə ola bilər. Mən belə olan halda İran və Türkmənistanla bağlı məntiqə uyğun yolun tapılacağına ümid edirəm. Tərəflərin məsləhətləşmələri və danışıqları davam etdirlməsi faktı ölkələrin mübahisəli vəziyyətdən çıxış yolu tapmaq istədiklərini sübut edir", -deyə V.Ələsgərov bildirib.

Xəbər lenti

Xəbər lenti