...

Azərbaycan prezidenti Xosrov Mustafayevi "Azərbaycan bayrağı" ordenindən məhrum edib

Siyasət Materials 25 Yanvar 2006 14:28 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev Xosrov Mustafayevin "Azərbaycan bayrağı" ordenindən məhrum edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, X.Mustafayevin ağır cinayətlər törətməsinə görə məhkum edilməsi barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin təqdimatı əsas götürülərək onun "Azərbaycan bayrağı" ordenindən məhrum edilməsi qərara alınır.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti