...

Vilayət Eyvazov: "Polis orqanları tərəfindən Nardaran qəsəbəsində xüsusi plan hazırlanması şayiədir"

Siyasət Materials 1 Fevral 2006 14:21 (UTC +04:00)

Polis orqanları tərəfindən Nardaran qəsəbəsində xüsusi plan hazırlanması şayiədir. Bu sözləri jurnalistlərlə söhbətində Azərbaycan Respublikası daxili işlər nazirinin birinici müavini Vilayət Eyvazov söyləyib.

Nazir müavini bildirib ki, cinayətkarların tutulub istintaqa cəlb olunması və qanunsuz silahların yığılması təlimat çərçivəsində həyata keçiriləcək. "Məlum olduğu kimi, Nardaranda xidməti iş aparan iki polis əməkdaşına qarşı cinayət törədilib və onlar qətlə yetirilib. Bununla bağlı daxili işlər naziri Ramil Usubov öz tapşırıqlarını verib və həmin tapşırıqlar yerlərdə icra olunur" - deyə V.Eyvazov söyləyib.

Vilayət Eyvazov onu da qeyd edib ki, Nardaranda hər hansı mitinqin keçirilməsindən də söhbət gedə bilməz. V.Eyvazov: "Kənd camaatı yığışır, sözünü deyir və dağılışır. Buna mitinq demək düzgün deyil" - deyə nazir müavini vurğlayıb.

Xəbər lenti

Xəbər lenti