...

Jan-Mişel Lubutan: Beynəlxalq terrorçuluğa qarşı mübarizədə dövlətlər arasında məlumat mübadiləsi aparıcı rol oynayan amillərdən biridir

Siyasət Materials 1 Fevral 2006 15:39 (UTC +04:00)
Jan-Mişel Lubutan: Beynəlxalq terrorçuluğa qarşı mübarizədə dövlətlər arasında məlumat mübadiləsi aparıcı rol oynayan amillərdən biridir

Beynəlxalq terrorçuluğa qarşı mübarizədə dövlətlər arasında məlumat mübadiləsi aparıcı rol oynayan amillərdən biridir. Trend xəbər verir ki, bu sözləri İnterpolun Baş Katibliyinin "Kalkan" layihəsi çərçivəsində Bakıda keçirilən 2-ci görüşündə Baş Katibliyin Polis Xidmətləri üzrə icraçı direktoru Jan-Mişel Lubutan öz çıxışında söyləyib.

Cənab Lubutan bildirib ki, terrorçuluq qlobal səviyyədə olan bir problemdir. Beynəlxalq kriminal polis təşkilatı olan İnterpol bunu nəzərə alaraq müxtəlif regional layihələr həyata keçirir. Belə layihələrdən biri də 2004-cü ildə icrasına başlanılmış "Kalkan" layihəsidir. Layihənin icrası müvafiq regionda terrorçuluq və onun yeni təzahürlərinin müzakirə edilməsi, terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsi və təkimilləşdirilməsi, regional və beynəlxalq səviyyədə fəaliyyət göstərən və müxtəlif ölkələrdə əlaqələrə malik olan terror şəbəkələrinin eyniləşdirilməsi, habelə üzv-dövlətlərə bəzi praktiki tövsiyələrin verilməsi məqsədi güdür.

"Kalkan layihəsi üzrə İşçi Qrupun 1-ci görüşü ötən il Qazaxıstanın Alma-Atı şəhərində keçirilib və bu görüşün böyük əhəmiyyəti olub. Ötən müddət ərzində İnterpolun Baş Katibliyi Mərkəzi Asiyada və qonşu ölkələrdə bu layihəni həyata keçirməklə terrorçuluqla mübarizə problemlərinin - terror təşkilatlarında üzvlüyün, terrorçuluğun maliyyələşdirilməsinin, terror təşkilatlarının üzvləri tərəfindən istifadə olunan oğurlanmış və saxta sənədlərin, habelə terrorçuların təlim düşərgələrinin təşkilatçılarının və digər məsələlərin ifşa olunmasına xidmət edir", - deyə cənab Lubutan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti