...

Oruc Zalov: "Son illər ərzində azyaşlılar tərəfindən törədilmiş 580 cinayət faktı qeydə alınıb"

Siyasət Materials 3 Fevral 2006 18:42 (UTC +04:00)

Son illər ərzində azyaşlılar tərəfindən törədilmiş 580 cinayət faktı qeydə alınıb. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib.

"2005-ci il ərzində isə azyaşlılarla bağlı 8 fakt qeydə alınıb, onlardan yalnız üçü insan alveri ilə əlaqəlidir. Bu tip cinayətlərin qarşısını almaq məqsədilə önəmli tədbirlər həyata keçiririk" - O.Zalov söyləyib.

Nazir müavinin sözlərinə görə, ötən müddət ərzində 1000 nəfərədək uşaq tapılaraq validenylərinə qaytarılıb, küçə şəraitində yaşayan uşaqlar məktəblərə cəlb olunub, 3 minədək azyaşlı uşaqla polis orqanlarında profilaktik söhbətlər aparılıb və onlar məktəblərə, internatlara təhvil verilib. "Biz MDB ilə sıx əlaqə yaradırıq, həmin ölkələrdə olan azyaşlılar varsa, onların ölkəmizə gətirilməsini təmin edirik.

Ötən il ayrı-ayrı ölkələrdə olan 12 nəfər azyaşlını ölkəyə gətirərək valideynlərə, yaxud internat məktəblərə təhvil vermişik. Bizim ölkədə də digər ölkələrdən olan 12 nəfər azyaşlı qeydə alınıb, onların tapılaraq öz ölkələrinə göndərilmələrini təmin etmişik", - deyə O.Zalov bildirib.

Xəbər lenti

Xəbər lenti