...

Misir Mərdanov: Hava şəraitinin yenidən pisləşəcəyi halda məktəblərdə məşğələlər yenidən dayandırıla bilər

Siyasət Materials 4 Fevral 2006 14:27 (UTC +04:00)
Misir Mərdanov: Hava şəraitinin yenidən pisləşəcəyi halda məktəblərdə məşğələlər yenidən dayandırıla bilər

Azərbaycanda hava şəraitinin yenidən pisləşəcəyi halda ümumtəhsil məktəblərində məşğələlər yenidən dayandırıla bilər. Trend in ATI telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyan edib.

"Əgər respublikada hava yenidən pisləşərsə və qar yağarsa, biz məktəblərdə məşğələlərin dayandırılması barədə qərar qəbul edə bilərik. Baxmayaraq ki, bu gün buna ehtiyac yoxdur",- deyə nazir bildirib.

Xatırladaq ki, gücülü qar yağması səbəbindən Azərbaycanın Təhsil Nazirliyi yanvarın 25-də məştələlərin iki gün dayandırılması barədə qərar qəbul etmişdi.

Xəbər lenti

Xəbər lenti