...

Daşkənddə narkotiklərin qanunsuz istehsalı və dövriyyəsi məsələləri müzakirə olunur

Siyasət Materials 7 Fevral 2006 14:21 (UTC +04:00)

Fevralın 7-8 -də Daşkənddə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz istehsalı, dövriyyəsi, onlardan pis məqsədlər üçün istifadə olunmasına nəzarət sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumunun üzvü olan dövlətlərin xarici işlər nazirlərinin və XİN nümayəndələrinin görüşü keçirilir. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.

Görüşdə narkotiklərə nəzarət üzrə əməkdaşlığın vəziyyəti üzrə milli xülasələr təqdim olunacaq, qarşılıqlı fəaliyyətin beynəlxalq və regional mövcud mexanizmlərinin müzakirəsi, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Müzakirələrin nəticələri üzrə Qanunsuz vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi üzrə Mərkəzi Asiya regional koordinasiya Mərkəzinin yaradılması üzrə sənədin layihəsinin qəbul ediləcəyi gözlənilir.

Görüşün işində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın, eləcə də BMT-nin narkotiklər və cinayətkarlıq üzrə İdlarəsi (Memorandumun iştirakçısı), Şanxay Əməkdaşlıq Təşkilatının, MDB-nin İcraiyyə Komitəsinin, İnterpolun nümayəndələri, eləcə də bir sıra dövlətlər müşahidəçi kimi iştirak edəcəklər. Azərbaycanı həmin toplantıda ölkənin Özbəkistandakı səfiri Namiq Abbasov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti