...

ABŞ-ın yəhudi icmasının nümayəndə heyətinin Bakıya səfəri başlayıb

Siyasət Materials 10 Fevral 2006 13:51 (UTC +04:00)

Fevralın 10-da ABŞ-ın yəhudi icması Prezidentlər konfransının (Conference of Presidents of Major American Jewish Organizations) nümayəndə heyətinin Bakıya səfəri başlayıb. Azərbaycanın XİN-dən Trend ə verilən məlumata görə, nümayəndə heyətinin səfər proqramı zəngindir.

Nümayəndə heyətinə təşkilatın sədri Harold Tanner (Harold Tanner) və sədrin köməkçisi Malkolm Hoenleyn (Malcolm Hoenlein) rəhbərlik edir. Nümayəndə heyəti Azərbaycana səfərinə bu gün səhər Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət etməklə başlayıb. Günün ikinci yarısında Azərbaycanda yaşayan yəhudi icmasının nümayəndələri ilə görüş və yəhudi sinaqoquna baş çəkmək planlaşdırılıb.

Fevralın 11-i və 12-də nümayəndə heyəti Rusiya, Ukrayna və Qafqazda dəyişikliklərin dinamikası və onların yəhudi icması üçün əhəmiyyəti, postsovet məkanında baş verən dəyişikliklər və yəhudilər yaşayış şəraiti kimi mövzuların müzakirə olunacağı konfransda iştirak edəcəklər.

Nümayəndə heyətinin rəsmi görüşləri fevralın 13-nə planlaşdırılıb. Qonaqlar xarici işlər naziri Elmar Məmmədyarov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə və H,Əliyev Fondunda görüşlər keçirəcəklər. Həmçinin, Azərbaycan prezidenti İlham Əliyevlə görüş də planlaşdırılıb.

XİN-dən verilən məlumata görə, nümayəndə heyəti səfər başa çatdıqdan sonra mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti