...

Ziyafət Əsgərov: Tbilisidə keçirilən "Əməkdaşlıq üzrə islahatlar və strategiya" beynəlxalq konfransının yekun bəyannaməsi Azərbaycanın dövlət maraqlarına cavab vermirdi

Siyasət Materials 10 Fevral 2006 16:31 (UTC +04:00)
Ziyafət Əsgərov: Tbilisidə keçirilən "Əməkdaşlıq üzrə  islahatlar və strategiya" beynəlxalq konfransının yekun bəyannaməsi Azərbaycanın dövlət maraqlarına cavab vermirdi

Tbilisidə keçirilən və "Corc Marşal" Mərkəzinin və Gürcüstan parlamentinin birgə səyi ilə təşkil olunan "Əməkdaşlıq üzrə islahatlar və strategiya" beynəlxalq konfransının yekun bəyannaməsi Azərbaycanın nümayəndə heyətinin bu sənədi imzalamaqdan imtina etməsi üzündən qəbul edilməyib. Trend in ANS telekanalına istinadən yaydığı xəbərə görə, bu barədə fevralın 10-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bəyan edib.

Onun sözlərinə görə, bəyannamənin bəndləri 3 Cənubi Qafqaz dövlətinin beynəlxalq təşkilatların bilavasitə yardımı və dəstəyi ilə regional inkişafını nəzərdə tutur. Lakin Ermənistanın Azərbaycan ərazilərinin 20 %-ni işğal etməsi faktı hələlik davam etdiyi üçün bu dövlətlə hər hansı bir əməkdaşlıq barədə danışmaq tezdir.

"Azərbaycanla Ermənistan arasında hər hansı əməkdaşlıqdan söhbət belə gedə bilməz", -deyə Z.Əsgərov bildirib.

Qeyd edək ki, konfransda Cənubi Qafqaz və Baltik ölkələri parlamentlərinin nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti