...

Avstraliyanın baş naziri Etibar Məmmədova məktub göndərib

Siyasət Materials 13 Fevral 2006 15:21 (UTC +04:00)

Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədri, Avstraliyanın baş naziri Con Hovard Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədova məktub göndərib. Bu barədə Trend ə E.Məmmədovun lideri olduğu AMİP-dən məlumat verilib.

Con Hovard məktubunda E.Məmmədovun Beynəlxalq Demokrat İttifaqının sədr müavini seçilməsinə razılıq verməsinə görə təşəkkür edərək uğurlar arzulayıb. O, həmçinin, bildirib ki, DBİ-nin əsas hədəfləri dünyada demokratiyanın və azadlıqların inkişafına bundan sonra da dəstək verməkdir. BDİ-nin sədri bu beynəlxalq qurumun demokratiyanın kövrək addım atdığı ölkələrə, xüsusilə də Azərbaycana böyük önəm verəcəklərini vurğulayıb.

Con Hovard onu da bildirib ki, BDİ Azərbaycanda demokratik dəyişikliklərin dərinləşməsi və insan hüquqlarının dönməz xarakter alması üçün AMİP-in apardığı mübarizəyə bundan sonra da dəstək verəcək.

Xəbər lenti

Xəbər lenti