...

Fevralın 17-də yeni "Azadlıq" siyasi hərəkatı yaradılacaq

Siyasət Materials 13 Fevral 2006 20:37 (UTC +04:00)

Fevralın 17-də yeni "Azadlıq" siyasi hərəkatı yaradılacaq. Trend in məlumatına görə, fevralın 13-də Bakıda keçirilmiş mətbuat konfransında Azərbaycan xalq cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli bu barədə bildirib.

Onun sözlərinə görə, təsisçilər AXCP(i), Azərbaycan Demokrat Partiyası (ADP), Əli Əliyevin başçılıq etdiyi Azərbaycan milli istiqlal partiyası (AMİP) və Milli birlik hərəkatının (MBH) lideri Lalə Şövkət olacaq. Bununla bağlı olaraq fevralın 13-də adıçəkilən şəxslər məsləhətləşmələr aparıb və ADP sədri Rəsul Quliyev də telefonla bu məsləhətləşmələrə qoşulub. Tərəflər fevralın 17-də saat 12.00-da Beynəlxalq mətbuat mərkəzində blokun idarə edilməsinə aid əsasnamə və "Azadlıq" blokunun yaradılmasına dair saziş olaraq 2 sənədin imzalanması ilə bağlı razılığa gəlib. Ə.Kərimli deyib ki, tərəflərin ötən müzakirələrində bununla bağlı "yekun" işlər aparılıb.

O, bildirib ki, "Azadlıq" bloku hələlik adıçəkilən təsisçilərdən ibarət olacaq, amma blokun genişləndirilməsi də istisna edilmir. Belə olan təqdirdə yeni üzvün qoşulmasına dair qərara konsensus əsasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti