...

Azərbaycanda yeni USAİD proqramının təqdimatı keçirilib

Siyasət Materials 14 Fevral 2006 14:15 (UTC +04:00)

Fevralın 14-də Bakıda ABŞ-ın inkişaf agentliyinin icma əlaqələri proqramının (USAİD) təqdimatı keçirilib. Bu proqram çərçivəsində Azərbaycan mütəxəssisləri ABŞ-da 3 həftəlik təcrübə keçə biləcək.

Proqram çərçivəsində bir sıra seminarların və treninqlərin təşkili nəzərdə tutulub. Bundan başqa dövlət instansiyalarının və ayrı-ayrı ştatların nümayəndələri, QHT üzvləri ilə görüşlər keçiriləcək.

Proqramda Travmaların qarşısının alınması (seçim Bakı, Gəncə və Yevlaxda aparılacaq); Vətəndaş cəmiyyətinin inkişafında dinlərarası münasibətlərin rolu (Bakı, Lənkəran, Zaqatala, Quba, Qusar, Beyləqan); tələbələrin iştirakı ilə ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması (Bakı, Gəncə, Lənkəran və Naxçıvan); Əl işlərinin istehsalı və satışı (İmişli, Saatlı, Sabirabad, Cəlilabad və Biləsuvar); Ailənin planlaşdırılması, reproduktiv sağlamlıq və qadınların sağlamlığı (Göyçay, Ağsu və Şamaxı); seçki proseslərində qadınların iştirakının təşkili (bütün Azərbaycan üzrə); Kiçik aqro-kooperativlər (bütün Azərbaycan üzrə) kimi 7 əsas istiqamət üzrə hər birində 10 nəfərdən ibarət qrupların hazırlanması nəzərdə tutulur.

Bu ilin aprelindən başlayaraq qruplar ABŞ-a göndəriləcək. Proqramın fəaliyyət müddəti 5 ildir, proqram üzrə bütün işlər isə USAİD-in maliyyə dəstəyi ilə "Project Harmony" təşkilatı tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti