...

Tadaxiro Abe: Yaponiya Azərbaycanın ən tez bir zamanda Ümumdünya Ticarət Təşkilatına daxil olmasında maraqlıdır

Siyasət Materials 15 Fevral 2006 17:23 (UTC +04:00)
Tadaxiro Abe: Yaponiya Azərbaycanın ən tez bir zamanda Ümumdünya Ticarət Təşkilatına daxil olmasında maraqlıdır

Yaponiya Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istəyini alqışlayır. Belə bir bəyanatla Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe Trend in müxbirinin xahişi ilə rəsmi Tokionun Vzərbaycanın ÜTT-na üzvlüyü ilə bağlı mövqeyini şərh edərkən bildirib.

Diplomatın sözlərinə görə, onun ölkəsi ÜTT-nın Azərbaycanın ayrılmaz hissəsi olacağı qlobal təşkilata çevrilməsində maraqlıdır.

T.Abe qeyd edib ki, yaxın keçmişdə Azərbaycanın hakimiyyət strukturlarının nümayəndələrindən ibarət qrupun treninqlərin keçirilməsi üçün Yaponiyaya dəvət olunduğunu və həmin vaxt ərzində onlarıvn yapon iqtisadiyyatının böyük təcrübəsilə tanış olduqlarını bildirib.

"Biz ümid edirik ki, yapon mütəxəssislərinin təcrübəsi Azərbaycanın təşkilata üzv olması prosesini sürətləndirmək üçün respublikaya kömək edəcək", -deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti