...

Təkrar seçkini izləyəcək yerli müşahidəçilərin vəsiqələri hazırlanıb

Siyasət Materials 16 Fevral 2006 18:21 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkilərini izləyəcək yerli müşahidəçilərin vəsiqəsi artıq hazırlanıb. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsindən məlumat verilib. Vəsiqənin nümunəsi çap olunmaq üçün mətbəəyə göndərilib. İlkin olaraq təxminən 500 vəsiqə hazırlanacaq, lakin müşahidəçilərin sayından asılı olaraq vəsiqələrin tirajı çoxala bilər.

Təkrar seçkini müşahidə etmək üçün MSK-nın hüquq şöbəsinə müraciətlər daxil olub. Lakin hələlik onlardan heç kim qeydə alınmayıb. Bu günlərdə yerli müşahidəçilərin qeydiyyatına başlanılacaq.

Qeyd edək ki, təkrar seçkidə jurnalistlərin də müşahidəçiliyi təmin olunacaq. Jurnalistlərin müşahidəçi vəsiqələri isə hələ ki hazırlanmayıb.

Xəbər lenti

Xəbər lenti