...

Səfər Əbiyev: Azərbaycanın heç bir hava limanı ABŞ-ın istifadəsinə verilməyib

Siyasət Materials 17 Fevral 2006 14:50 (UTC +04:00)
Səfər Əbiyev: Azərbaycanın heç bir hava limanı ABŞ-ın istifadəsinə verilməyib

Azərbaycanın heç bir hava limanı ABŞ-ın istifadəsinə verilməyib. Trend bildirir ki, fevralın 17-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu barədə jurnalistlərlə söhbətində bəyan edib.

"Bu, tamamilə doğru olmayan və təxribat xarakterli məlumatdır. Azərbaycanın heç bir hava limanı Amerika tərəfinin istifadəsinə verilməyib" -deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti