...

Attestasiya nəticəsində parlamentdən 20 nəfər vəzifələrindən kənarlaşdırılıb

Siyasət Materials 17 Fevral 2006 14:55 (UTC +04:00)

Milli Məclisdə aparılan attestasiya nəticəsində 20-dən artıq şəxs vəzifəsindən kənarlaşdırılıb. Bu barədə Trend ə Milli Məclisdən bildiriblər.

Qeyd edək ki, "Dövlət qulluğu haqqında" qanuna əsasən Milli Məclisdə 5 ildən bir attestasiya aparılır. Bu dəfəki attestasiya nəticəsində parlamentdə çalışan daha 20 işçiyə isə sınaq müddəti üçün möhlət verilib. Vəzifələrindən kənarlaşdırılan 20 işçi parlamentin müvafiq qanunvericilik şöbəsinin və daimi komissiyalarında çalışanlar olub.

Verilən məlumata görə, beynəlxalq münasibətlər və parlamentlərarası daimi komissiyası və iqtisadi siyasət daimi komissiyasının hər birindən 2, digər daimi komissiyalardan 3, parlamentin işlər idarəsindən 4, qanunvericilik şöbəsindən isə 2 nəfər vəzifələrindən kənarlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti