...

Azərbaycanın prokurorluq orqanlarındakı vakant iş yerlərinə qəbul əvvəlki illərə nisbətən vaxtından əvvəl həyata keçiriləcək

Siyasət Materials 21 Fevral 2006 15:03 (UTC +04:00)

Azərbaycanın prokurorluq orqanlarındakı vakant iş yerlərinə qəbul əvvəlki illərə nisbətən vaxtından əvvəl həyata keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Vakant iş yerlərinə qəbulun vaxtından əvvəl həyata keçirilməsi Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli fərmanına uyğun olaraq ittiham prokurorlarının sayının artılırması ilə əlaqədar olacaq. Fərmana uyğun olaraq prokurorluq orqanlarında yeni ştatların açılması da nəzərdə tutulub.

Qeyd edək ki, vakant iş yerlərinə qəbulla bağlı müsabiqə hər ilin sonuna təqribən 3 ay qalmış həyata keçirilir.

Prokuroruq orqanlarından xaric olunanları və Qanunvericilikdəki son dəyişikliklərə uyğun olaraq yeni ştatların açılmasını nəzərə alsaq, bu il vakant iş yerləri əvvəlki illərə nisbətən daha çoxdur.

Belə ki, 2005-ci ildə iş fəaliyyətində müxtəlif qanun pozuntularına yol vermiş 13 nəfər prokurorluq işçisi orqandan xaric edilib. 95 nəfər intizam qaydasında cəzalandırılıb, 22 nəfərsə tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib.

Xəbər lenti

Xəbər lenti