...

Rauf Qurbanov: "Partiyanın qurultayının sədrin səhhəti ilə bağlı keçirilməməsi fikri düzgün deyil"

Siyasət Materials 23 Fevral 2006 14:35 (UTC +04:00)

Azərbaycan Kommunist Partiyasının (AKP) növbəti qurultayının sədrin səhhəti ilə bağlı keçirilməməsi fikri düzgün deyil. Bu barədə Trend ə AKP sədrinin birinci müavini, sabiq millət vəkili Rauf Qurbanov bildirib.

Qeyd edək ki, partiyanın sədri, sabiq deputat Ramiz Əhmədov ayaqlarında yaranan problemə görə parlamentə keçirilən və keçiriləcək təkrar seçkilərdə iştirak etməyəcək. Eyni zamanda onun partiyanın qərargahına gəlib-getməsi də mümkün deyil. R.Əhmədovun səhhətində yaranan problemlə bağlı qurultayın keçirilməməsi fikri də müavini Rüstəm Şahsuvarova məxsusdur.

R.Qurbanov bildirib ki, partiyanın nizamnaməsinə uyğun olaraq qurultay iki yaxud üç ildən bir keçirilir: "Sonuncu qurultay 2003-cü ilin iyunun 5-də keçirilib. Növbəti qurultayın vaxtı isə 2006-cı ilə düşür. Buna da hazırlaşırıq". AKP rəsmisi qeyd edib ki, partiyanın sədri R.Əhmədovun səhhətində yaranan problemlər onun partiyanı idarə edə bilməməsinə təsir göstərmir: "Savadı, ağlı, idarəetmə qabiliyyətini itirməyib".

Xəbər lenti

Xəbər lenti