...

Azərbaycanın səhiyyə naziri Moskvaya gedib

Siyasət Materials 24 Fevral 2006 19:55 (UTC +04:00)

Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyev fevralın 24-də Moskvaya gedib. Trend bildirir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, nazir ölkə prezidenti İlham Əliyevin Basman bazarında baş vermiş hadisə ilə bağlı tapşırığına əsasən Moskvaya yola düşüb.

Xatırladırıq ki, Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasovun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev hökumətə bu məsələ ilə ciddi məşğul olmağı tapşırıb. Azərbaycan tərəfi Rusiya paytaxtında həlak olanların cəsədlərinin Bakıya gətirilməsini təşkil etmək niyyətindədir. Dövlət başçısı həlak olanların Azərbaycanda yaşayan doğmalarına lazımi yardım göstərilməsinin təmin edilməsi ilə bağlı hökumətə tapşırıq verib.

Xəbər lenti

Xəbər lenti