...

Nizami Cəfərov: "Türkdilli dövlətlərin parlamentlərinin assambleyasını yaratmaq ideyasını reallaşdırmaq lazımdır"

Siyasət Materials 27 Fevral 2006 12:38 (UTC +04:00)

Türkdilli dövlətlərin parlamentlərinin assambleyasını yaratmaq ideyasını reallaşdırmaq lazımdır. Bu barədə Trend ə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Nizami Cəfərov bildirib.

Millət vəkili bildirib ki, bu məsələ ilə bağlı ideya Azərbaycan tərəfinə məxsusdur: "Ola bilsin ki, bu məsələnin reallaşdırılması bir qədər geciksin. Ancaq bütün hallarda biz bu ideyanın həyata vəsiqə qazanmasına nail olmalıyıq. Çünki, türk dilli dövlətlər arasındakı münasibətlər, dünyada gedən proseslər bunu bizdən tələb edir".

N.Cəfərov onu da vurğulayıb ki, ən azından türk xalqlarının, türk dövlətlərinin parlamentlər səviyyəsində məşvərət məclisini yaratmaq lazımdır: "Bunun əsasında müəyyən prisnipləri hazırlayıb assambleya yaratmaq mümkündür". Millət vəkili onu da bildirib ki, heç bir türk dövlətinin parlamenti bu məsələyə etiraz etməyib. Türk dövlətləri parlamentlərinin assambleyasının formasının necə olacağı müzakirə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti