...

Hacı Əbdül parlamentə keçiriləcək təkrar seçkilərdə Yasamal seçki dairəsindən namizədliyini irəli sürmək fikrindədir

Siyasət Materials 27 Fevral 2006 18:25 (UTC +04:00)

"Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdül 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə Yasamal seçki dairəsindən namizədliyini irəli sürmək fikrindədir. Bu barədə Trend ə özü bildirib.

H.Əbdül qeyd edib ki, təkrar seçkilərə mütləq qatılacaq. Ancaq hələlik seçim qarşısında qaldığından hansı seçki dairəsindən təmsil olunacağı ilə bağlı qəti qərara gəlməyib: "Çox güman ki, Yasamal seçki dairəsindən namizədliyimi verəcəm". Məsələ ilə bağlı qəti qərara iki gün ərzində gələcəyini deyən H.Əbdül Həcc ziyarətində olduğundan bəzi məqamlara aydınlıq gətirməkdən ötrü məsləhətləşmələrə ehtiyac olduğunu bildirib.

H.Əbdül namizədliyini müstəqil şəkildə verəcəyini bildirib. Onu da qeyd edib ki, əgər bu dəfə də onun namizədliyi din xadimi olması ilə əlaqləndirilib ləğv edilərsə qəti addımlar atacaq: "Mənim din xadimi olmağıma görə ötən parlament seçkilərində iştirakıma qadağa qoydular.

Onda səhv etdiklərini başa düşdülər. İnanmıram ki, bu dəfə eyni proseslə üzləşəm. Əgər bu dəfə də eyni ssenari həyata keçirilərsə, onda lazımi instansiyalara müraciət edəcəm".

Xəbər lenti

Xəbər lenti