...

Azərbaycanın xarici işlər naziri və Ümumdünya Əqli Mülkiyyət təşkilatının rəhbəri əməkdaşlıq məsələlərini müzakirə edib

Siyasət Materials 4 Mart 2006 12:03 (UTC +04:00)

"Azərbaycan bir çox sahələrdə, o cümlədən elm, təhsil və digər sahələrdə böyük əqli potensiala malikdir". Azərbaycanın XİN-nin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə Ümumdünya Əqli Mülkiyyət təşkilatının (ÜƏMT) baş direktoru Kamil İdris Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bəyan edib.

Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açan K.İdris insan əqlinin inkişafının əhəmiyyətini ən yüksək dəyər və sərvətlərlə müqayisə edərək insan əqlinin imkanlarının tükənməz olduğunu qeyd edib. O, Azərbaycan Respublikası ilə ÜƏMT arasında Əməkdaşlıq Proqramının imzalanmasını yüksək qiymətləndirib.

Elmar Məmmədyarov həmsöhbətinin nəzərinə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması bir çox sahələrin, o cümlədən təhsilin inkişafına mənfi təsir göstərir.

Bu münaqişə nəticəsində Azərbaycanın 20% torpaqlarının işğal edildiyini, təxminən 1 milyona qədər insanın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayan nazir problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barəsində qonaqlara ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti