...

İsa Qəmbər: "İndiki şəraitdə müxalifətin yeni qurumlarının perspektivini görmürəm"

Siyasət Materials 10 Mart 2006 16:05 (UTC +04:00)

"İndiki şəraitdə müxalifətin yeni yaradılmış və yaradılacaq qurumlarının perspektivini görmürəm". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

O, qeyd edib ki, müxalifətdə yeni bir koalisiyanın yaradılması müxalifətin parçalanmasını rəsmiləşdirəcək. Bütün müxalifət qüvvələrinin hazırda birləşməsi də real deyil. Amma buna baxmayaraq İ.Qəmbər hesab edir ki, gec-tez real müxalifətin birliyi zərurətə çevriləcək və belə bir koalisiya yaradılacaq.

İsa Qəmbər "Azadlıq" blokundakı keçmiş müttəfiqlərinin onun barəsində çoxsaylı yalan ittihamlar irəli sürdüyünü deyib və onların fikirlərini təkzib edib: "Yeni "Azadlıq" blokunda təmsil olunan partiyaların maraqları da, mövqeləri də müxtəlifdir. Onların bəziləri Müsavat Partiyasının zəiflədilməsi ilə bağlı qeyri-etik məqsədlərini də etiraf edir və açıq-aşkar bizə qarşı kompromat axtarırlar. Mən onları diqqətli olmağa və səhv etməməyə çağırıram", - deyə İ.Qəmbər vurğulayıb.

Xəbər lenti

Xəbər lenti