...

Paksitan iki nümayəndə heyəti Azərbaycana gələcək

Siyasət Materials 10 Mart 2006 16:47 (UTC +04:00)

May ayında Pakistanın prezidenti, ya da baş nazirinin Bakıya səfəri gözlənilir. Trend xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Məhəmməd Hafiz bildirib.

Qeyd edək ki, 2006-cı ilin mayında Bakıda İqtisadi Əməkdaşlıq Təşiklatının növbəti sammiti keçiriləcək və həmin tədbirdə ya prezident, ya da baş nazir iştirak edəcək. Səfir onu da qeyd edib ki, Paksitanın ikinci nümayəndə heyətinin Azərbaycana səfəri isə iyunda gözlənilir. Bu ayda İslam Konfransı Təşkilatının Bakıda xarici işlər nazirlərinin toplantısı planlaşdırılıb. Səfirin bildirdiyinə görə, toplantıda Pakistanı xarici işlər nazirinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti