...

Səməd Seyidov: "Avropa Şurası Azərbaycanla bağlı 2006-2007-ci illər üçün 10 milyon avro dəyərində işçi planı hazırlayıb"

Siyasət Materials 10 Mart 2006 17:32 (UTC +04:00)

Avropa Şurası Azərbaycanla bağlı 2006-2007-ci illər üçün 10 milyon avro dəyərində işçi planı hazırlayıb. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov bildirib ki, Avropa Şurasında Azərbaycanda nəzərdə tutulan problemlərin aradan qaldırıması üçün konkret planlar və məsələləri artıq işləyiblər. Bu planın bir nüsxəsinin özündə olduğunu deyən millət vəkili hər bir tədbirlə bağlı Avropa Şurası ilə Azərbaycanın şəffaflığı qoruduğunu vurğulayıb: "Nəzərə alsaq ki, 2006-2007-ci illər üçün nəzərdə tutulan Avropa Şurasının işçi planı ilə yanaşı bu gün Azərbaycan Avropa Birliyi ilə də işçi planın təsdiq olunması istiqamətində güclü fəaliyyətə başlayıb. Bu o deməkdir ki, Azərbaycan seçdiyi yoldan çəkinmir, bunu prioritet kimi sayır və Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirəcək".

Beynəlxalq təşkilatlarda Azərbaycanın əleyhinə əsası olmayan ittihamlarına münasibət bildirən millət vəkili bildirib: "Bu onu göstərir ki, Azərbaycanın xarici siyasətində müsbət və dünya tərəfindən qəbul olunan və oluna biləcək məqamlar mövcuddur. Buna görə ermənilər çalışır ki, Azərbaycanın imicinə xələl gətirsin".

Xəbər lenti

Xəbər lenti