...

Təkrar seçkidə iştirak edən namizədlərin qeydə alınma mərhələsi başa çatdı

Siyasət Materials 13 Mart 2006 17:20 (UTC +04:00)

Təkrar parlament seçkisində iştirak edən namizədlərin qeydiyyata alınma mərhələsi martın 13-də başa çatdı. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Seçkidə iştirak üçün dairə seçki komissiyalarına imza vərəqələrini təhvil verən 196 namizəddən 154-ü qeydə alınıb. Qeyd edək ki, təkrar parlament seçkisində 218 nəfər namizədliyini irəli sürmüşdü. Onlardan 196-sı imza vərəqələrini təhvil verib. Seçkidə iştirak edənlərdən 20 nəfəri özü könüllü şəkildə namizədliyini geri götürüb. 22 nəfərin isə namizədliyinin qeydə alınmasından imtina olunub. Qeydə alınma prosesinin nəticəsi kimi seçkidə iştirak edən namizədlərin son sayı 154 nəfərdir.

Namizədlərdən 27-si qadındır. Siyasi mənsubiyyətinə görə 71 nəfər namizəd bitərəf, 23 nəfər Yeni Azərbaycan Partiyasının üzvüdür. Müsavat Partiyasının 12, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Milli İstiqlal partiyalarının 5, Ədalət 3, Azərbaycan Kommunist və Ümid partiyalarının 3, AXCP klassiklərinin 2, Böyük Azərbaycan, Demokratik Azərbaycan Dünyası, Xalq, Xalq Demokrat, Vətəndaş Həmrəyliyi, Azərbaycan Sosial Demokrat, Demokratik İslahatlar, Milli Vəhdət və Vətəndaş Birliyi partiyalarının hər birindən bir nəfər təkrar seçkidə iştirak edir. Namizədlərdən 18 nəfəri isə partiya mənsubiyyətini göstərməyib.

Seçkidə ən çox namizəd irəli sürülmüş dairə 9 saylı Binəqədi ikinci seçki dairəsidir - 22 namizəd. Ən azı isə 106 saylı Qazax-Tovuz-Ağstafa və 110 saylı Zaqatala dairələridir - 10 namizəd. Seçkidə iştirak edənlərdən 141-nin namizədliyi özü tərəfindən, 2-si təşəbbüs qrupu, 11-i isə siyasi partiyalar tərəfindən irəli sürülüb.

Martın 13-dən namizədlərin təşviqatına start veriləcək.

Xəbər lenti

Xəbər lenti