...

Stepan Volkovetski: "Azərbaycan və Ukrayna Dostluq Evi" ölkələr arasında münasibətləri möhkəmləndirir

Siyasət Materials 15 Mart 2006 17:44 (UTC +04:00)
Stepan Volkovetski: "Azərbaycan və Ukrayna Dostluq Evi" ölkələr arasında münasibətləri möhkəmləndirir

Martın 15-də Bakıda beynəlxalq ictimai təşkilatlar "Azərbaycan və Ukrayna Dostluq Evi"nin və "Ukraznafta Ticarət Evi"nin təntənəli açılışı keçirilib. Bu barədə Trend məlumat yayıb.

Açılış mərasimində Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stepan Volkovetski bu hadisənin iki ölkə arasında münasibətlərin inkişafı tarixinə daxil olduğunu bildirib. "İlk dəfə olaraq xalq diplomatiyasının böyük ehtiyatına qoşuluruq. Bizim xalqlarımız bir-birini dövlətlərarası səviyyədə olduğu kimi, dövlətlərin daxili sistemindəki çətinliklər zamanı da dəstəkləyir", - deyə o bildirib.

Səfir bildirib ki, "Azərbaycan və Ukrayna Dostluq Evi" və "Ukraznafta Ticarət Evi" Azərbaycan-Ukrayna münasibətləri səviyyəsində strateji xarakterə malik münasibətləri möhkəmləndirir və dərinləşdirir", - deyə o bildirərək 3 elementi - tarix, qarşılıqlı anlaşma və qarşılıqlı maraqları ayırıb.

Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasov açılış mərasimində bildirib ki, bu gün Azərbaycanın ictimai həyatında Azərbaycan və Ukrayna xalqlarının nə dərəcədə yaxın olması kimi əhəmiyyətli faktı göstərən hadisə baş verib. "Azərbaycan və Ukrayna qarşılıqlı maraqları təkcə MDB çərçivəsində deyil, həm də GUAM kimi siyasi və iqtisadi bir meydandadır", - deyə o göstərib.

Mal dövriyyəsinin artımı 2004-cü illə müqayisədə 2005-ci ildə 42% artaraq $260 mln. təşkil edib. "Ticarət Evinin açılışı mal dövriyyəsini daha da çoxaltmaq üçün bizim istifadə edə biləcəyimiz əlavə ehtiyatdır", - deyə A.Abbasov bildirib.

Açılış mərasimində Kiyev meriyasının nümayəndəsi "Azərbaycan və Ukrayna Dostluq Evi"nə ölkələr arasında münasibətlərin inkişafında roluna görə fəxri fərman təqdim edib.

Xəbər lenti

Xəbər lenti