...

Azərbaycan prezidenti Əli Bayramlı və İmişliyə gedəcək

Siyasət Materials 22 Mart 2006 12:35 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 23-də Əli Bayramlı və İmişli rayonlarına baş çəkəcək.

Əli Bayramlı rayonu İcra hakimiyyətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəriAdəm Hüseynovun Trend ə verdiyi xəbərə görə, rayona səfər eks-prezident H.Əliyevin abidəsinin önünə əklil qoyulması ilə başlanacaq və bundan sonra Azərbaycan dövlətinin başçısı ictimaiyyət qarşısında çıxış edəcək. Sonra prezident İlham Əliyev 55 qaçqın ailəsinə və Qarabağ müharibəsi veteranlarına şəhərin mərkəzində yeni evlərin orderlərini təqdim edəcək. Dövlət başçısı Əli Bayramlıdakı diaqnostika mərkəzi binasının özülünün qoyulmasında da iştirak edəcək.

İmişli rayonunun İcra hakimiyyətindən Trend ə bildirilib ki, dövlət başçısının səfərinə hazırlıq işləri artıq başa çatıb. Eləcə də, rayonda abadlıq işləri görülüb, prezident İlham Əliyevin baş çəkəcəyi obyektlər hazırlanıb.

Azərbaycan prezidentinin biş çəkəcəyi obyektlər arasında Azersun Holding-in qənd zavodu (istehsal gücü gündə 5 min ton qənd) var. İmişliyə səfər çərçivəsində eks-prezident Heydər Əliyevin abidəsinin önünə əklil qoyulması və ictimaiyyətlə görüş də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti